Adminlə əlaqə: @Murtaza_Haydari WhatsApp: https://chat.whatsapp.com/CWBGrhMWaBj1aXvcefmQPm İnstagram: https://www.instagram.com/seqeleyn_ ♦️Səhifədəki məlumatları paylaşarkən dəyişiklik etmək icazəli deyil və səhifəyə istinad zəruridir.
" "Kəmalud-din" kitabında və başqa mənbələrdə müxtəlif yollarla rəvayət olunmuş "Lövh" hədisində, Həzrət Qaimin (ə.f.ş) vəsfində belə gəlir ki, Onun vücudunda Musanın kamalı, İsanın parlaqlığı və Əyyubun səbri vardır".
Seyid Muhəmməd Təqi Musəvi İsfəhani, Mikyalul-Məkarim fi Fəvaidid-dua lil-Qaim (ə.f.ş).
"Əmr (adlı şəxs) deyir: "Bir gün İmam Sadiq (ə) bizə belə buyurdu: "Bəzən elə bir şəxs görərsən ki, çox gözəl danışıq və xətiblik qabiliyyəti var, danışanda bircə lam və vav da belə xəta etməz (səlis danışığa malikdir), amma gəl gör ki, qəlbi qaranlıq gecədən belə daha qaranlıqdır. Bəzən isə elə bir şəxs görərsən ki, qəlbində olanı dili ilə (tam, yaxşı) ifadə edə bilmir, lakin qəlbi çıraq parladığı kimi parlayar".